Şrift:
Türkiyə ilə Əlcəzair arasında ticarət həcminin 10 milyard dollar olmasını hədəfləyirik – Ərdoğan
22.11.2023 [11:38] - Gündəm, Türk dünyası-Turan
Türkiyə ilə Əlcəzair arasında ticarət həcminin 10 milyard dollar olmasını hədəfləyirik.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ticarət həcmimiz keçən il əvvəlki ilə nisbətən 27 faiz artaraq rekord səviyyəyə - 5,3 milyard dollara çatıb. Bu ilin sonuna qədər ticarət həcminin altı milyard dollar olacağını gözləyirik. Əlcəzairdə fəaliyyət göstərən türk ortaqları olan 1 400-ə yaxın şirkət təxminən beş min əlcəzairli vətəndaşı işlə təmin edir” – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyə Əlcəzairlə enerji sahəsində yeni tərəfdaşlıqlarla əməkdaşlığı artırmaq istəyir.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed