Şrift:
Milli Məclisdə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi başlayıb
27.11.2023 [11:11] - Xəbərlər, Gündəm, Siyasət
Milli Məclisdə Ağdərə rayonunun yaradılması və Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə təklif edilən dəyişikliklərin müzakirəsi başlayıb.

Bu, parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrində əksini tapıb.
İclasda komitə üzvləri ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının deputatları da iştirak edir.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed