08.02.2013 [10:27] - Güney Azərbaycan xəbərləri
Iranın dini lideri ayətullah Əli Xamneyi fevralın 7-də ordunun hava qüvvələri komandirləri ilə görüşərək bəzi hökumət rəsmilərinin ABŞ-la birbaşa danışıqlarla bağlı son bəyanatlarına münasibət bildirib.
Xamneyi deyib ki, mövcud ixtilafları aradan qaldırmaq üçün ABŞ-la birbaşa danışıqlar aparılması problemin həllinə yardım etmir: “Bəziləri ya sadəlövhlükdən, ya da qərəzdən ABŞ-la müzakirələrə sevinirlər. Halbuki müzakirə özü-özlüyündə problemin həllinə yardım göstərmir. Mən diplomat deyiləm, inqilabçıyam, sözümü birbaşa və səmimi deyirəm. Siz amerikalılar silahı İrana doğru tutur, sonra da bizimlə müzakirə etmək istədiyinizi bildirirsiniz. Lakin İran xalqı belə şeylərdən qorxmayacaq”.
ABŞ prezidentinin müavini Co Bayden fevralın 2-də jurnalistlərə açıqlamasında Vaşinqtonun Tehranla birbaşa danışıqlar aparmağa hazır olduğunu deyib: “İran və onun dini lideri ciddi olsalar, ABŞ bu ölkə ilə birbaşa danışıqlar aparmağa hazırdır”.
Co Baydenin bu bəyanatından sonra İran Xarici İşlər Naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında ABŞ-ın İrana yönəlik mövqeyini müsbət saydığını vurğulayıb: “Baydenin bu təklifi ABŞ hökumətinin İrana yanaşmasında müsbət dəyişiklikdən xəbər verir”.
Misirdə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad isə fevralın 6-da jurnalistlərə açıqlamasında Co Baydenin son bəyanatını “müsbət və yeni təklif” kimi qiymətləndirib: “Əgər ABŞ rəsmiləri bu bəyanatları ilə yanaşı rəftarlarını da dəyişsələr, İran onların bu təklifinə müsbət yanaşacaq”.

Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |