28.11.2023 [10:29] - Gündəm, Siyasət
ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə gözlənilən səfəri zamanı HƏMAS-ın saxladığı girovlarının azad edilməsi səylərini, eləcə də münaqişənin genişlənməsi təhlükəsini müzakirə edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Qeyd olunub ki, Blinken bu həftə Brüsselə səfər edəcək, burada NATO xarici işlər nazirlərinin iclasında və NATO-Ukrayna Şurasının xarici işlər nazirlərinin ilk iclasında iştirak edəcək. Bildirilib ki, ABŞ dövlət katibi eləcə də Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Bundan əlavə, A.Blinken İsrailə və İordan çayının qərb sahilinə səfər edəcək, burada “İsrailin özünümüdafiə hüququ” və “qalan girovların azad edilməsi, İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat zamanı mülki şəxslərin müdafiəsi və sürətləndirilməsi səylərini və humanitar yardımın çatdırılmasının sürətləndirilməsini müzakirə edəcək".

Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |