Şrift:
Avropa İttifaqının hərbi xərcləri artıb
01.12.2023 [10:33] - Siyasət
Ötən il Avropa İttifaqında hərbi xərclər rekord həcmdə artıb.

2022-ci ildə birlik ölkələrinin hərbi xərcləri 6 faiz artaraq 240 milyard avroya çatıb.

Bir çox ölkə Rusiya-Ukrayna müharibəsi fonunda bunun zəruri olduğunu deyir. Avropa İttifaqındakı hərbi xərclərin ardıcıl 8-ci ildir artdığı diqqət çəkir. Birliyə üzv olan 27 ölkədən 6-sı hərbi xərclərini 10% artırıb. NATO-ya qoşulmağa hazırlaşan İsveçdə isə bu göstərici 30%-dən çoxdur.

Hərbi xərclərin rekord səviyyədə artmasına baxmayaraq, Avropa İttifaqı Ukraynanın silah-sursat ehtiyaclarına cavab verməkdə çətinlik çəkir. Birlik ölkələri mart ayınadək Ukrayna üçün 1 milyon mərmi tədarük etməyə qərar versə, bu öhdəliyin reallaşmayacağı artıq dəqiqləşib. Rusiya isə gələn il hərbi xərcləri 67% artırmağı planlaşdırır.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed