Şrift:
2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı TƏSDİQ EDİLDİ
05.12.2023 [12:54] - Gündəm, Sosial
2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Bu xəbər oxucular tərəfindən 3011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed