Şrift:
Kiçik tıxacın böyük dirənişi
08.02.2013 [11:37] - DAVAMın yazıları
Laçın Səmla

İndi hamı onu yaxşı tanıyır, məşhur adam Əkrəm Əylislini. Bu günə kimi yazdıqlarının üstündən birdəfəlik qara xətt çəkərək “Daş yuxular”la erməni tarixinə qızıl həriflərlə adını həkk elədi.

Bu şöhrətpərəst adama dövlət başçısı tərəfindən verilən titullar kifayət etmədi. Beynəlxalq aləmdə hansısa adı almaq arzusunda olduğunu son addımıyla ortaya qoydu. Bu addımıyla ətrafındakı insanları, ailə üzvlərini zərbə altında qoymaqdan belə çəkinmədi. İllər əvvəl onun ermənilərə simpatiyasını gizlədə bilməməsini görən mərhum xalq şairi Bəxtiyar Vahabzadə hələ 1998-ci ildə yazdığı “Axtarırsan” şeirində onu belə vəsf etmişdi:

Öz gözündə tiri görməyən gəda
Özgənin gözündə qıl axtarırsan.
Köhnə şakərindir bulandrımağa
Hər gün, hər ay göl axtarırsan.

Bir üzü gəlinsən, bir üzü arvad.
Kommunist, AXC, sonra Müsavat.
Ordan da çıxmısan ay evi bərbad.
İndi də Daşnaka yol axtarırsan.

Bir zaman vətəni Aşota satdın
Ürək bulandırdın, könül qanatdın.
Palıda, çinara sən çirkab atdın.
İndi dizlənməyə kol axtarırsan.

... Bu da ona dərs olmadı. Daha sonra qədim milli alətimiz olan kamançanı dostları və qardaşı olan ermənilərin adına yazmağa cəhd göstərdi. Onların bu alətdə ifalarına türklər demişkən, bayılırmış. Və utanmadan, xəcalət çəkmədən Habil Əliyevin üzünə bunu söyləməyə cəsarətdə bulunubmuş.

Yahu, onun qaniçən, cəllad ermənilərə sevgisi, hörməti haradan belə yaranıb?

Deyirmiş ki, nəsil-nəcabətində erməni yoxdur. Gərək bağışlasın, bax mən buna inana bilmirəm. Onun erməni sevgisinə bəndəniz də daxil olmaqla bütün türk dünyasının şübhəsi gün-gündən artır. Gündəmi zəbt edən bu adam barədə söz düşəndə ətrafımdakılar deyir ki, əlbət onun keçmişdə erməni sevgilisi olub ki, bu qədər onlar üçün ahu-zar edir, alışıb-yanır. Mən də onlara mızıldanıram ki, hələ gec deyil, sevgisinə qovuşsun, yanğısını söndürsün və əsərində vəhşi, qaniçən obrazda verdiyi türklərdən əl çəksin. Məncə, onun Xalq yazıçısı adından və verilən orden və medallardan əl çəkməyinin vaxtı çoxdan yetişib. Mən bu milyonların nümayəndəsi olaraq bu adama bir ad verə bilərəm: Ermənistanın xalq yazıçısı...

Müsahibəsində bildirib ki, “bu, mənim bədii yaradıcılığıma dövlətin verdiyi qiymətdir. Onların hər birində Heydər Əliyevin imzası var. İndi mən gedib o rəhmətliyə deyə bilmərəm, qəbrindən dur gəl, bunları başa sal ki, belə eləmək olmaz”. Məncə, Heydər Əliyev onun yaradıcılığına ehtiram olaraq bu ad və medalları rəva bilib. Bəlkə də mərhum prezident Əylislinin içində bir erməni sevgi qığılcımının olduğunu və bu qığılcımın alova çevrilməsinin qarşısını almaq üçün bu addımı atmış ola bilər. Ki, sən türksən və özünə gəl. Çünki türk ulusu özünə gələndə böyük olur. Amma bunun o adama heç dəxli yoxmuş...

P.S. Bildiyimə görə, bu adamın adını açıqlamaq istəmədiyim digər bir romanı daha var. Erməni sevgisiylə bağlı olmayan bu roman hazırkı Azərbaycan hakimiyyətinə qarşı yazılmış bir əsərdir. Onu da dövriyyəyə buraxmaq barədə götür-qoy etdiyi söylənilir.
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed