Şrift:
Azərbaycanlı hakim “Mançester Siti”nin oyununu idarə edəcək
11.12.2023 [10:06] - Gündəm, İdman
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Qeyd edək ki, görüş dekabrın 13-də baş tutacaq
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed