12.12.2023 [10:29] - Gündəm, Bildiriş
COP29 Azərbaycanda 2024-cü ilin noyabrında keçiriləcək.
Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dubayda (BƏƏ) keçirilən COP28 konfransı çərçivəsində jurnalistlərə deyib.
"Azərbaycan COP29 üçün ölkəyə gələn qonaqları qəbul etməyə hazırdır və bu yöndə hazırlıqlar prosesi davam edəcək. Bir il vaxtımız var. Təkcə infrastruktur üzrə yox, kontent üzrə də çox çalışmalıyıq. Bütün dünyanın iqlimlə bağlı fikirləri Azərbaycanda olacaq.
İlk dəfədir ki, regionda belə bir iqlim sammiti keçiriləcək. Bu məsələlərdə israrlı olaraq öz siyasətimizi, gördüyümüz işləri və proqramlarımızı göstərə bilərik. Bizi heç kimin unuda bilməyəcəyi böyük tədbir gözləyir. Azərbaycanı çox yadda qalan böyük işlər gözləyir", - nazir deyib.
Qeyd edək ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib.
Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib.

Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |