13.12.2023 [12:06] - Gündəm, Bildiriş
UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” futbol klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq. Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 1-ə qədər sərnişinlərin girişinə açıq olacaq.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Metropolitenin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sərnişinlərin səmti rahatlıqla müəyyən etməsi, nizamlı hərəkətini təşkil etmək məqsədilə əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.
“28 May” və “Nərimanov” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Oyundan sonra “Gənclik” stansiyasına daxil olacaq sərnişinlərin hərəkət istiqamətlərinə uyğun qatarların hərəkəti tənzimlənəcək və ehtiyat qatarlardan istifadə olunacaq”, - deyə məlumatda bildirilir.

Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |