13.12.2023 [12:12] - Gündəm, Siyasət
Ukrayna gec ya tez, mütləq NATO-ya üzv olacaq.
Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşün yekunları üzrə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məsələ Qərb ölkələrinin əsas gündəmində olacaq.
"Əsas məsələ bunun nə zaman baş verəcəyidir. NATO Ukraynanın gələcəyi olacaq. Buna dair heç bir sual yoxdur", - Bayden deyib.
Qeyd edək ki, 2023-cü ildə NATO-nun Vilnüsdə keçirilən Zirvə görüşünün yekunları əsasında Ukrayna-NATO Şurası yaradılıb. Şuranın xarici işlər nazirlərinin birinci görüşü 28-29 noyabr tarixlərində keçirilib.
Xatırladaq ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri noyabrın 29-da Brüsseldə keçirilən görüşdə Ukraynaya Alyansa daxil olmaq üçün ilkin islahatlar üzrə tövsiyələr təqdim ediblər.

Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |