Şrift:
Slovakiya Parlamenti: NATO bazalarından F-16-ların uçuşu Rusiyanın qırmızı xətti olacaq
14.12.2023 [09:59] - Siyasət
Ukrayna F-16 qırıcılarının NATO hava bazalarından çıxışı Moskva üçün qırmızı xəttdir.

Bu barədə Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaqa deyib.

O bildirib ki, bu məsələni Rusiya səfiri İqor Bratçikovla müzakirə edib.

"Rusiya üçün bu, qırmızı xəttdir və onlar xəbərdarlıq edirlər ki, bu, açıq toqquşmaya gətirib çıxaracaq. Eskalasiya III Dünya Müharibəsinə səbəb ola bilər", - deyə Blaqa sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirmişdi ki, əgər F-16 təyyarələri Polşa, Rumıniya və Slovakiyadakı bazalardan Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edilərsə, onda Rusiya bunu həmin ölkələrin münaqişədə iştirakı hesab edəcək.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed