Şrift:
Qazax sakini Bakıda özünü dördüncü mərtəbədən ataraq intihar edib
02.11.2011 [10:59] - Hadisə
Bakıda 31 yaşlı oğlan özünü öldürüb. Bu barədə Nəsimi Rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Cavadxan küçəsi 7, mənzil 41 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan qohumlarıgilə qonaq gələn, Qazax rayon sakini, 31 yaşlı Anar Vidadi oğlu Nəsibov eyvandan özünü atıb. Dördüncü mərtəbədən yerə düşən A. Nəsibov aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed