14.12.2023 [14:18] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Gələn ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri gündəmin əsas mövzularından biridir.
Prezident seçkilərində hansı partiyaların namizədlə iştirak edəcəyi maraq doğurur.
“Cebhe.info” seçkilərlə bağlı partiyaların mövqeyini öyrənib.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Cebhe.info”-ya açıqlamasında prezidentliyə namizəd olmayacağını deyib:
“Partiyamız indiyə kimi bütün seçkilərdə iştirak edib. Mən özüm də 2 dönəm prezident seçkilərində iştirak etmişəm. Amma bu dəfə növbədənkənar seçki olduğu üçün iştirak etməyə tam hazır deyilik. Yəni hazırlığımız yüksək səviyyədə deyil, resurslarımızı sahmana sala bilməmişik. Ona görə də yığıncaq keçirdik və prezident seçkilərində namizəd göstərməməyə qərar verdik.
Buna baxmayaraq, məntəqələrə və dairələrə müşahidəçi təyin edəcəyik. Seçki kampaniyasında fəal iştirak edəcək, amma namizəd göstərməyəcəyik”.
Elmir Mustafa /“Cebhe.info”

Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |