Şrift:
Bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək
18.12.2023 [10:24] - Xəbərlər, Gündəm, Sosial
2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.
Bunu açıqlamasında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".
Bu xəbər oxucular tərəfindən 3189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed