Şrift:
Bu il 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub
19.12.2023 [13:54] - Gündəm, Sosial
2023-cü ilin yanvar-noyabr ayları ərzində 153,2 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 28,2 mini pensiya, 125 mini müavinət və təqaüd təyinatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.

Ümumilikdə ötən dövrdə 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub.
Bu xəbər oxucular tərəfindən 3166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed