Şrift:
Azərbaycanda uşaqların rus adları olmayacaq
08.02.2013 [16:52] - Sosial
Bu ildən Azərbaycanda yeni adların qoyulmasına xüsusi nəzarət ediləcək.

Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı Terminologiya Komissiyası müvafiq dövlət qurumlarına təkliflər hazırlayıb: “Bir müddət əvvəl Azərbaycanda uşağa Cəllad adı qoymuşdular. Belə bir adın qoyulması nə dərəcədə uyğundur? Valideynlər belə ad qoyanda hara baxırlar?”

S. Sadıqova deyib ki, yaxın zamanlarda Terminologiya Komissiyasının nəzdində yaradılacaq Adlar və Soyadlar Bölməsi ölkədə mövcud olan adların tam siyahısını hazırlayacaq. Bu siyahı bütün VVAQ idarələrinə göndəriləcək: “Bizi iki və üç pilləli adların verilməsi daha çox narahat edirdi. Belə adların qoyulmasına icazə verilməyəcək. Mariya, Yekaterina, Olya, Alya kimi rus adlarının qoyulmasına da icazə verilməyəcək. Bununla yanaşı, əhali arasında maarifləndirmə də aparılacaq. Hazırda Ədliyyə Nazirliyinin adlar siyahısında 80 minə yaxın ad var. Xalq özü də ad yaradıcılığı ilə məşğuldur. İndiyə qədər Dəniz, Dərya, Yağmur, Uğur kimi adlar o qədər də yox idi. Amma bu adlar dildə yaxşı səslənir, onların verilməsində heç bir qəbahət yoxdur”.
Bu xəbər oxucular tərəfindən 2086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed