28.12.2023 [11:18] - Xəbərlər, Gündəm, Bildiriş
Dekabrın sonu və bayram günləri üçün kosmik hava proqnozu açıqlanıb.
BDU-nun Astrofizika kafedrasından verilən məlumata görə, 28 dekabr 2023 cü il - 3 yanvar 2024-cü il tarixlərində maqnit qasırğalarının gücünün ölçülməsində istifadə olunan Kp əmsalı 10 ballıq şkala (0-9) üzrə 2-4 intervalında dəyişəcək.
Kiçik fasilələrlə fəal səviyyədə (Kp=4) olsa da, ümumən geomaqnit şəraitin sakit olacağı (Kp<4) proqnozlaşdırılır. Orta en dairələrində geomaqnit qasırğanın baş vermə ehtimalı 1%-dən azdır.
Qeyd etmək lazımdır ki, Günəş fəallığının təsiri nəticəsində geomaqnit sahədə həyəcanlaşmaların artması səbəbindən yarana bilən maqnit qasırğası Kp əmsalının 5-ə bərabər (G şkalası üzrə G1 səviyyə) qiymətindən başlayaraq maksimal 9-a qədər (G şkalası üzrə G5 səviyyə) güclənə bilər.

Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |