28.12.2023 [11:21] - Gündəm, Siyasət
Rusiya hərbi bazası Ermənistanda müqavilə əsasında yerləşir, onun respublika ərazisində mövcudluğunun məqsədyönlülüyünü mühakimə etmək zərərlidir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunları ilə bağlı TASS agentliyinə müsahibəsində deyib.
"Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının mövcudluğunun məqsədyönlülüyünü mühakimə etməyin zərərli olduğunu hesab edirik. Onun orada yerləşdirilməsi barədə müqavilə 16 mart 1995-ci il tarixində ilk növbədə, dövlətlərimizin milli maraqlarına və Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi üzrə ümumi məqsədə əsaslanmaqla bağlanıb", - deyə nazir bildirib.
Lavrov bu gün rus hərbçilərinin regionda sülhün təminatının mühüm elementləri olduğunu qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "The Wall Street Journal" nəşrinə müsahibəsində Ermənistanın öz ərazisində rus hərbçilərinin qalmağa davam etməsində heç bir üstünlük görmədiyini qeyd edib.
O, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Rusiyanın öz öhdəliklərini yerinə yetirmədiyini və bununla əlaqədar olaraq İrəvanın yeni tərəfdaşlar axtarışında olduğunu açıq şəkildə bildirib.

Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |