Şrift:
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib
28.12.2023 [11:47] - Gündəm
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib.
Prezident İlham Əliyev bu barədə müvafiq Fərman imzalayıb.
Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:

Komissiyanın sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Komissiyanın üzvləri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.

Qeyd edək ki, bundan əvvəl Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında olub. Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub. Fərmanla Komissiyanın sədri də artıq Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.

Bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi aşağıdakı kimi olub:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Qeyd edək ki, bundan əvvəl Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında olub. Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed