28.12.2023 [11:47] - Gündəm, Türk dünyası-Turan
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Bu barədə XİN-dəki diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, telefon danışığı ABŞ tərəfinin xahişi ilə baş tutub.
Tərəflər İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasından keçməsini müzakirə ediblər.
Xarici işlər naziri Fidan bildirib ki, Türkiyə F-16 satışı ilə bağlı ABŞ Administrasiyası və ABŞ Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.
“Danışıq zamanı Qəzzadakı son hadisələr də müzakirə edilib. Xarici işlər naziri Fidan xatırladıb ki, Qəzzada atəşkəs olmalı və daimi sülh danışıqları ən qısa zamanda başlamalıdır. Bundan əlavə, Kipr məsələsi də gündəmə olub”, - məlumatda deyilir.

Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |