Şrift:
Çin ilk dəfə olaraq dünyanın aparıcı avtomobil ixracatçısı olacaq
29.12.2023 [10:00] - Gündəm, İqtisadiyyat
2023-cü ilin sonuna qədər Çin Rusiya və Meksika bazarlarına tədarükün artması sayəsində ilk dəfə olaraq dünyanın ən böyük avtomobil ixracatçısı olacaq.
Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının ilkin məlumatına görə, yanvar-noyabr aylarında Çində yığılmış avtomobillərin ixracı illik müqayisədə 58,4 faiz artaraq 4,41 milyon ədəd təşkil edib. Yaponiya üçün həmin dövrdə bu rəqəm 3,99 milyon olub, ilin sonunda isə ixracın ümumi həcminin 4,3 milyon ədəd olacağı proqnozlaşdırılır. Yaponiya son illərdə dünya avtomobil ixracatçıları reytinqində birinci yeri tutur. Ölkə yalnız 2016-cı ildə Almaniyadan geri qalıb.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed