02.11.2011 [11:03] - Xəbərlər
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benni Qants tabor və daha böyük hərbi hissə komandirlərinə qonşu ərəb dövlətləri ilə müharibəyə hər an hazır olmaq əmri verib. “Mignews.com” saytının verdiyi məlumata görə, Benni Qants operativ komandanlığın iclasında deyib ki, “ərəb baharı” nəticəsində qonşu ərəb dövlətlərində müharibə riskləri artıb.
Baş Qərargah rəisi tabor və daha böyük hərbi hissə komandirlərini hər an döyüşə hazır olmağa səsləyib: “Biz başa düşməliyik ki, bu qeyri-stabil dövrdə risklər çox artıb. Hər bir komandir özündən soruşmalıdır ki, əgər sabah müharibə baş verərsə, bu, döyüşçülərim və mənim üçün nə deməkdir? Hərbi hissələrinizi şəxsən döyüşə hazırlayın”.

Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |