Şrift:
İstanbulda 1 milyona yaxın zəlzələyə davamlı ev tikiləcək - Nazir
29.12.2023 [10:03] - Türk dünyası-Turan
İstanbulda 1 milyona yaxın zəlzələyə davamlı ev tikiləcək.

Bu barədə Türkiyə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

Onun sözlərinə görə, onların tikintisini bir neçe ilə bitirmək planlaşdırılır.

“İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ərazi müəyyən edilib”, - deyə o bildirib.

Nazir qeyd edib ki, İstanbulda 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur.

Bildirilib ki, ilk növbədə onlardan 600 mini sökülməlidir.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed