01.01.2024 [12:53] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Paşinyanın Sankt-Peterburq səfəri də vəziyyəti dəyişmədi. Lavrov öz müsahibəsində bir daha Paşinyan hakimiyyətinin Qərbə stavka etdiyini və bunun Ermənistana böyük təhlükələr yaratdığını bildirib:
“Təəssüf ki, rəsmi İrəvan qərblilərin vədlərinə uyaraq xarici siyasət xəttini yenidən format etməyə çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaq əlaqələrini Qərbin hətta konkret köməyi ilə də deyil, yalnız dumanlı vədlərilə dəyişir. Strateji kursun dönüşünə haqq qazandırmaq üçün Ermənistanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə açıq şəkildə danışmışıq. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur...”
Rusiyanın Ermənistana olan bu münasibətini necə izah etmək olar?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın Sankt-Peterburq görüşündə iştirakı vaxt qazanmaq istəyi və avans siyasətindən irəli gəlib: “Çalışır ki, bu dönəmdə Rusiya ona bir problem yaratmasın. Qərbin verdiyi sözləri reallığa çevirmək istəyir. Ordusunda islahatlar adı altında mühafizəsi üçün qüvvələrin gətirilməsini, maliyyə probleminin həllini, enerji mövzusunda dəstəyi təmin etməyə çalışır. Sizinlə müsahibımizdə də demişdim ki, Peterburq səfərindən heç nə əldə edə bilməyəcək. Belə də oldu. Lavrov hədələrini açıq etiraf edir. Ancaq bunu Ermənistana deyil, hakimiyyətə ünvanlayır. Deyir ki, siyasi iradənin dəyişməsi şərti ilə münasibətləri saxlamağa hazırdılar. Paşinyanın deyil, yeni siyasi iradə axtarırlar. Bu, Ermənistan xalqına verilən mesajdır ki, qalxın sözünüzü deyin. Bunun da arxasında öz işlərini görsünlər. Böyük etimalla, Rusiya ilə Paşinyan hakimiyyəti arasındakı münasibətlər açıq formada son aydınlaşma mərhələsinə girəcək. Özünün Ermənistan daxilindəki və xaricindəki təsir rıçaqlarından istifadə edəcək. Sosial vəziyyəti pisləşdirmədi ki, Paşinyan dividend götürə bilməsin. Yoxsa qazın verilişini dayandırmaq və ya qiymətini qaldırmaqla buna nail ola bilərdi. Bu bəyanatla erməni xalqlna deyir ki, sizi sosial problemlərə çəkmərik. Qarşıda Rusiya ilə Ermənistan arasında ciddi gərginliyin şahidi olacağıq”.
Lavrov məlum açıqlamasında 102-ci bazanın da məsələsinə aydınlıq gətirib. Deyib ki, Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə danışmaq zərərlidir:
"Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün dövlətlərimizin ümumi məqsədinə əsaslanaraq bağlanıb”.
Bu ritorikadan əsl ultimatum “iyi” gəlir.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |