07.01.2024 [11:00] - Siyasət
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Livana səfəri zamanı "Hizbullah" partiyasının nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Al Jazeera" telekanalı Livan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, "Hizbullah"ın nümayəndə heyətinə Livanın Deputatlar Palatasının üzvü Muhamməd Raad rəhbərlik edib.
"Hizbullah" nümayəndələri Borrellə bildiriblər ki, İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırmayana qədər partiya Livanın cənubundakı vəziyyəti müzakirə etməyəcək.
Qeyd edək ki, bir qədər əvvəl Avropa İttifaqının Livandakı missiyası Cozep Borrellin 5-7 yanvar tarixlərində Beyrutda səfərdə olacağını bildirib. Səfər çərçivəsində Aİ ali nümayəndəsinin Livan rəhbərliyi ilə ölkənin cənubunda və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəyi bildirilib. Səfər proqramına, həmçinin, Livan ordusunun komandanı, general Cozef Aun və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı, ispan generalı Aroldo Lazaro Saenzlə görüşlər də daxildir.

Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |