Şrift:
Əkrəm Əylisli Rusiya ziyalılarından kömək istədi
09.02.2013 [11:50] - Hadisə
Yazıçı Əkrəm Əylisli “Qolos Rossii” (Rusiya) radiosuna açıqlama verib.

Prezident təqaüdü və “xalq yazıçısı” fəxri adından məhrum edilən “Daş yuxular” romanının müəllifi bildirib: “Mən dəfələrlə vurğulamışam ki, bu iki xalq – azərbaycanlılar və ermənilər dinc yanaşı yaşaya bilərlər. Onların bu imkanı var. Əsas məqsədim də bu fikri çatdırmaq idi”.

Daha sonra Ə. Əylisli bildirib ki, yazıçı olaraq onun “Daş yuxular” romanına görə təqib olunması anormal haldır.
“Mən bacardığım kimi müdafiə olunuram. Məni başa düşərək müdafiə edən adamlar da var. Amma hakimiyyət əlindən gələn hər şeyi edir ki, bu adamlar məni müdafiə etməsin. Artıq iki həftədir ki, bütün kanallarda “yazıçının ifşası” kampaniyası gedir. Hər şey 1930-cu illərin ssenarisi əsasında aparılır. Mənim əleyhimə hətta romanı oxumayan adamları danışmağa məcbur edirlər. Mən 1937-ci ildə doğulmuşam və o zaman baş verənləri yaxşı bilirəm. Məncə, indi də həmin şey təkarlanır”.

Ə. Əylisli bildirib ki, rus ziyalılarının bu məsələ ilə bağlı rəy bildirməsini istərdi. “Dostum Andrey Bitovun (rus yazıçısı – red) telefon nömrəsini itirmişəm. Onun kimi bir adam əsərimlə tanış olarsa, məni dəstəkləyən dəlillər gətirərdi. Bu mənə çox kömək edərdi”.

P.S. Əylisli balası deyəsən ona işıq tutulan tərəfi göstərməyə başlayır. Əsəri öz məhsulu kimi təqdim etsə də, müdafiə olunanda (d)ayılarının adını çəkir.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed