Şrift:
Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib
12.01.2024 [10:46] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökuməti ilə Qrant sazişini ratifikasiya edib.

Bu barədə qərar "Rəsmi Qəzet"də dərc edilib.

Məlumata əsasən, Xəzinə və Maliyyə Nazirliyinin təmsil etdiyi Türkiyə bundan sonra "Qrant verən", Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan isə bundan sonra "Qrant alan" adlandırılacaq və hər ikisi bundan sonra ayrı - ayrılıqda "Tərəf, birlikdə Tərəflər" adlandırılacaq.

Məlumata əsasən, Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar bütün növ vergi, rüsum, xərc və fond ödəmələrindən azad ediləcək.

Qrant sazişi 31.12.2025-ci il tarixinədək etibarlıdır.

Sazişin bəzi maddələri:

Qrant Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin maliyyələşdirilməsinə sərf ediləcək.

Tikinti və Konsaltinq tenderləri eyni vaxtda keçiriləcək.

Layihə Alıcısı Podratçı və Konsultanta tikinti sahəsini tikintiyə hazır vəziyyətdə və heç bir problem olmadan (elektrik enerjisi, infrastruktur və su təchizatı və s.) təhvil verməlidir.

Tikinti sahəsinin və işçilərin təhlükəsizliyi qrant alan tərəfindən pulsuz təmin ediləcək.
Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed