09.02.2013 [13:29] - DAVAMın yazıları
Aslan ismayılov
Əsərin Əylisdə yaşayan digər azərbaycanlı qəhrəmanları isə elə birinci tanışlıqdan nifrət doğurur. Orada yaşayanların əksəriyyəti erməni millətini vəhşiliklə öldürüb evlərində yaşadıqlarına görə Allah tərəfindən lənətlənmiş psixi xəstələrdir. Onların ayamaları belə insanı diksindirir. Qəssab Məmmədağa keşiş Mkrtıçın qızını xəncərlə doğrayıb. Mırıq Müzəffər, Kaban Qulam, Cingöz Şaban, Sümsük Səfi, Topal Çimnaz, onun nəvəsi Cinni Səkinə və digəriləri Əylisdə yaşayan erməni milliyətindən olanlara qarşı törətdikləri əməllərə görə Allah tərəfindən lənətlənib. Bunlarla yanaşı yalnız hörmətə və məhəbbətə layiq ermənilər yaşayıblar. Onlardan monax Mesrop Maştots məhz Əylisdə erməni əlifbasını yaratmışdır. Erməni milliyyətindən olan xanımlar isə xüsusi məhəbbətlə təsvir olununlar.
Erməni milliyətindən olan, azərbaycanlı qadınların biganəliklə seyr etməsi fonunda Camalın bit basmış başını yuyan Aykanuş obrazı, ələlxüsus, onun məcburən Əylisi tərk edərkən ağlaması, ağacları öpməsi, Əylisdə ən gözəl limonların onun tərəfindən becərilməsi epizodları zövqlə təsvir olunur. Elə burada Zöhrə arvadın Aykanunşdan oğurladığı qəşəng limonları diqqətini özünə cəlb etmək üçün Abasəliyevə təklif etməsi, əri olmuş Xankişinin 3 il onunla kef çəkdikdən sonra gəzəyən pişik kimi qaçıb, sonradan iki dəfə daha evlənməsi, Zöhrə arvadın nəvazişlə Abasəliyevin belini sığallaması, ona evlənməyib şəhərli qızına evləndiyinə görə qınaması epizodları yer alır. Gic Çimnazın “folklor nümunəsi” kimi səsləndirdiyi bayatıları isə ədəbsiz olduğundan yaza bilmirəm. Maraqlıdır, doğrudanmı kənd yerində yaşayan türk xanımları o hərəkətləri edə bilərdilər? Bakıda alverçi qadınların cavan erməni qadınının üstünə benzin töküb yandırmalarını qeyd etmək də müəllifin yadından çıxmır.
Erməni xanımı obrazlarından ikincisi və Əylisdə sona qədər tək yaşayan Anıx deyə çağrılan Aniko obrazı da çox maraqlıdır. Atası, anası, bacı, qardaşı türklər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özü isə təndirdə gizlənmiş on yaşlı Anikonu, İstanbulda təhsil alan Mirzə Vahabın anası, Zöhrə xanım evinə gətirir. Əylisdə ən savadlı müsəlman sayılan 30 yaşlı Mirzə Vahab 10 yaşlı Anikonu zorla özünə arvad edir. Bütün bunlara baxmayaraq, müəllifin dili ilə desək, möcüzə baş verir. Anikonu özünə zorla arvad etməsinə, 20 yaş ondan böyük olmasına baxmayaraq, bu xanım ona iki oğul və qız doğur və hər yerdə ərinin necə savadlı alim, alicənab və xeyirxah insan olmasından danışır. Bundan başqa, Aniko müsəlmanlığı qəbul edir və qorxmadan hər yerdə deyir ki, vaxt gələcək ermənilər Əylisə qayıdacaq və buralar yenidən cənnətə dönəcək. Hərçənd ki, Aniko ölüm ayağında yenə də erməni olduğunu etiraf edir.
Əylisdəki uşaqlar da Əkrəm Əylislinin diqqətindən kənarda qalmır. Qəssab Məmmədağanın oğlu Cingöz Şaban on-on bir yaşında Əylisdə cibində qəssab bıçağı belində tüfəng gəzərmiş. Məhz həmin tüfəngdən Cingöz Şaban tərəfindən öldürülmüş gözəl tülkünün qanının hasara boyanması səhnəsi isə müəllif tərəfindən xüsusi ustalıqla təsvir edilmişdir. Aykanuşun nəvəsi Lyusikə Məcnun kimi vurulmuş Bomba Babaş (hansı ki, sonralar Bakıda yüksək vəzifələr tutur) onun diqqətini cəlb etmək üçün etdiyi cılız hərəkətləri ilə diqqət mərkəzinə gəlir. O, ağacların başına çıxıb xoruz kimi banlayır, qarğa kimi qarıldayır, qoyun kimi mələyir, canavar kimi ulayır və erməni dilində Lyusikə “mən səni sevirəm” deyir. Bir az sonra Bomba Babaş Lyusikin kəndirdən asılmış alt tumanını oğurlayır. Bu fonda Camalın bit basmış başını Lyusikin nənəsi yuyarkən dostlarının ona lağ edib güldüyü zaman yazığı gəldiyindən Lyusikin küncə sıxılıb ağlaması və sonralar azərbaycanlı uşaqlarının bu ədəbsizliklərinə fikir vermədən əlində fırça öz boyaları ilə məşğul olması incəliklə təsvir olunur.
Əsəri oxuyan, Azərbaycan tarixini bilməyən hər bir insanda tək Əylisin deyil, bütün Naxçıvanın qədim erməni torpaqları olduğuna dair şübhə yaranmaz. Tək Yuxarı Əylisdə, eni uzunu 5,6 kilometr olan sahədə 12 erməni kilsəsinin olmasını isə müəllif tək fikirləri ilə təsvir etmir, ortalığa bunu sübut edəcək tarixi sənədləri qoymağa çalışır. Bu məlumatların haradan qaynaqlanmasını bilmək üçün yazılarımın əvvəlində də bildirdiyim kimi əslən Naçıvandan olan çoxsaylı insanlarla, Ordubad rayonunun Behrud, Tivi, o cümlədən Əylis kəndinin, müəllifin əsərində bildirdiyi kimi 12 erməni kilsəsi yerləşən Yuxarı Əylis kəndinin sakinləri ilə söhbətləşdim. Söhbətləşdiyim şəxslər həmin ərazilərdə erməni kilsələrinin deyil, alban kilsələrinin olduğunu bildirdilər. Əkrəm Əylisli ilə qonşu olan, bir məktəbdə oxuyan şəxs isə bildirdi ki, onun özü çox əvvəllər iki-üç uçurulmuş vəziyyətdə olan alban kilsələrini şəxsən görüb. Həmin kilsələrin alban kilsələri olmasını onlara rəhmətliklər, sinif rəhbərləri olmuş Məleykə xanım və tarix müəllimi olmuş Əlibala müəllim deyərmiş. Həmin alban kilsələri, ermənilər bizimkidir deməsin deyə, ağıldan, savaddan kəm rəhbərlər tərəfindən uçurulubdur. Elə həmin şəxslər, baba-nənələri tərəfindən söylənən “əgər türklər gəlməsəydilər ermənilər bizi qıracaqdılar” fikrini düşünmədən təkrarlayırdılar. Əsərdə həm ölkədə, həm də dünyada demokratiya tərəfdarı, insanpərvər kimi tanınan Əbülfəz Elçibəyin obrazı ən qəddar diktatorları belə geridə qoyur. Nuvariş Qarabağlı, əsərdə adlandırıldığı kimi, Baş Bəyin yanına gəlir və ondan tapança istəyir. Baş Bəy heç tapançanın nə üçün lazım olduğunu soruşmadan telefon dəstəyini götürüb əmr edir: “Artistə tapança gətirin, özü də təzəsini!”, az sonra isə əlavə edir: “Patronlarını çox qoyun!”. Şair Xəlil Rza Ulutürkü Uluruh Türkmənməkan adlandıran müəllif, onun, ətrafında yığışmış ərsiz qadınlarla birlikdə Parapetdə yerləşən erməni kilsəsini yandırmağa cəhd etməsini də qeyd etməkdən çəkinmir.
Əkrəm Əylislinin əsərdə dostluq etdiyi, bir yerdə yeyib-içdiyi Əbülfəz Elçibəyi, Xəlil Rza Ulutürkü necə alçaltdığını gördükcə, onunla yaxşı münasibətim ola-ola haqqında heç də xoşa gəlməyən yazı yazdığıma görə çəkdiyim əzab sanki səngiməyə başladı. Ancaq yenə bu məcburiyyətdə qalmağıma görə şad deyiləm...
Əsərdə türklərə qarşı açıq-aşkar nifrət aşılanır. Tək Adif bəy obrazına fikir vermək kifayətdir ki, müəllifin münasibətini görəsən. Mən hələ müəllifin daha uzağa gedib, tarixi Kürdüstan dövlətinin indiki Türkiyə ərazilərində yerləşməsi fikrini demirəm.
Hesab edirəm ki, Əkrəm Əylislinin dinlərə münasibəti heç cür anlaşılan deyil. Bu mövzü həddindən artıq həssas və təhlükəli olduğundan üzərində dayanmağı lazım bilmədim.
Mənim üçün çox maraqlı olan odur ki, məhkəmə prosesində prokuror kimi çıxış etdiyim Sumqayıt hadisələrinə də əsərdə yer ayrılır. Mənə təəccüblü gələn isə odur ki, şəxsən özüm “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını Əkrəm Əylisliyə təqdim etmişəm. Bir də ki, kitabımdan başqa, Əkrəm Əylisli qədər məlumatlı, geniş dünya görüşlü şəxs, kitabdan çox illər əvvəl rəhmətlik akademik Ziya Bünyadovun, Ermənistanda yenidənqurmadan başlamış bu günə qədər daim fəal olmuş, tanınmış ictimai-siyasi xadim Payrur Ayrikyanın, Ə. Vəzirovun köməkçisi işləmiş, hal-hazırda İsraildə yaşayan Savva Peretsin yazılmış və səslənmiş fikirləri ilə inanmıram ki, tanış olmamış olsun. Necə o, bunları bilə-bilə Sumqayıt hadisələrini azərbaycanlıların törətdiklərini qeyd edir?! Bu yerdə sanki qeyri-adi bir duyğu yaşadım. Yadıma 1989-cu il Sumqayıt hadislərinin məhkəməsi zamanı keçirdiyim hisslər düşdü. Tam 24 il keçib. Dərhal tanıdığım bir neçə şəxsdən 24 rəqəmi ilə bağlı əlamətdar nəyinsə olub-olmadığını soruşdum. Bəli, bu gün də eyni hissləri yaşayıram. Sanki, heç kim baş verənləri anlamır. Yenə şıdırğı alver gedir. Bəli, alver, özü də bütün cinahlarda. Hər şey şəxsi maraqlara bağlanır. Əkrəm Əylislinin yazdığı əsər qədər zərərli olan, bu dəqiqələrdə eşitdiyim Prezidentin onu adlardan məhrum etməsi ilə nəticələnən hadisələri isə dərk edən kimsə yoxdur təsəvvürü yaranır. Bu barədə yəqin daha ətraflı 4-cü yazımda qeyd edəcəm.
Mən özüm də hər bir millətin mədəniyyətinin təbliğ olunmasının tərəfdarıyam və hesab edirəm ki, ancaq mədəniyyətlərə qarşılıqlı hörmət bəşəriyyəti zənginləşdirər. Əkrəm Əylisinin bu əsəri isə ancaq və ancaq millətlər, dinlər arasında düşmənçilik toxumu səpir. İnanmıram ki, Əkrəm Əylislinin bu əsərdəki azərbaycanlıları ilə kimlərsə, nə vaxtsa dostluq etmək demirəm, yaxın münasibətlərdə olmaq istəsin.
Sonuncu iki yazımda göstərdiklərimi müəllif bilərəkdən edib yoxsa yox, onun vicdanı cavabdehdir. Nədənsə əsəri oxuduqca gözlərimin önündə Romanı yandırıb, təhlükəsiz məsafədən teatral kostyumda həzzlə baş verənləri seyr edən imperator Neron canlandı...

Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |