Şrift:
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
12.01.2024 [10:48] - İqtisadiyyat
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.

"2023-cü ildə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 272,3 milyon kVt/st artaraq, 29 276,6 milyon kVt/st, ixrac 3252,5 milyon kV/st, idxal isə 211,8 milyon kVt/st olub", - nazir qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə ölkədə 28,988 milyard kilovatt-saat elektrik enerjisi hasil olunub ki, bu da illik hesablamada 4 faiz çoxdur. İxracın payına 3 milyard kilovat-saatdan çox, idxalın payına isə 137,1 milyon kilovatt-saat elektrik enerjisi düşüb.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed