Şrift:
Türkiyənin Azərbaycana sement ixracı 50 milyon dolları ötüb
15.01.2024 [11:07] - İqtisadiyyat
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana sement ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azaldaraq 50,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Azərbaycana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 0,9 faiz artıraraq 5,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.

2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed