Şrift:
SpaceX şirkəti yeni Starlink internet peyklərini orbitə çıxarıb
15.01.2024 [11:25] - Gündəm
Bazar günü Falcon 9 daşıyıcı aparatı Starlink sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital gücünü artırmaq üçün 22 mini-peykdən ibarət daha bir partiyanı orbitə çıxarıb.

Raket ABŞ Sakit Okean vaxtı ilə saat 00:59-da Kaliforniyadakı ABŞ Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər orbitə buraxılıb.

SpaceX artıq orbitə 5,7 mindən çox belə peyk çıxarıb. Onlardan bəziləri uğursuz olub və ya orbiti tərk edib.
Orbitdə 5,3 mindən çox cihaz işlək vəziyyətdədir.

SpaceX dünyanın ən böyük peyk operatorudur. Starlink İnternet şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 70 ölkədə istifadəçilər üçün əlçatandır.
Bu xəbər oxucular tərəfindən 246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed