Şrift:
ABŞ İranın Ərbilə endirdiyi zərbələri ehtiyatsızlıq adlandırıb
16.01.2024 [10:06] - Siyasət
ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərinə endirdiyi zərbələri ehtiyatsızlıq adlandırıb.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Votsonun bəyanatında deyilir.

"Bu, ehtiyatsız və qeyri-dəqiq zərbələr seriyası idi. Amerika hərbçilərindən heç kim xəsarət almayıb. ABŞ İraqın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir", - Votson bildirib.

Qeyd edək ki, bugün SEPAH ABŞ-ın İraqdakı Hərir hərbi bazasına və Ərbil Beynəlxalq Hava Limanına raket zərbələri endirib. ABŞ konsulluğu yaxınlığında da bir neçə partlayış baş verib.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed