Şrift:
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəfat edib
11.02.2013 [00:02] - Xəbərlər, Hadisə
Azərbaycan elmibə böyük itki üz verib. Davam.az saytının xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimov 65 yaşında fevralın 10-da ürəktutmasından dünyasını dəyişib.

Ötən gecə kəskin ürəktutmasından vəziyyəti xarablaşan akademiki xüsusi təyyarə ilə Türkiyəyə aparıblar. Amma o elə yoldaca keçinib. M.Kərimovun cənazəsi artıq Bakıdadır.
Mərhumla vida mərasimi fevralın 11-də saat 15.00-dan başlayaraq AMEA-nın əsas binasında keçiriləcək.
Mahmud Kərimov 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postunu tuturdu.

Modern.az-ın məlumatına görə, M.Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. 1966 - 1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1979-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1989-cu il fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 2001-ci il Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

O, 1973 - 1974-cü illərdə Milli Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis, 1974-cü ildən sonra AMEA-nın Radiasiya tədqiqatlar sektorunda müxtəlif vəzifələr tutub.

2001-ci ildən Azərbaycan Elmlər Akamiyasının prezidenti idi. Bir oğlu, bir qızı var.
Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed