16.01.2024 [10:12] - Gündəm, Hadisə
Rusiyanın Buryatiya Respublikasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya FHN-in İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 20:52-də baş verib. Zəlzələnin mərkəzi Buryatiyanın Saxuli yaşayış məntəqəsindən 58 kilometr aralıda yerləşib. Burada təkanların gücü 7,8 bala çatıb. İrkutskda 3 bal, Olxonsk rayonunda 3-4 bal, Kazaçinsko-Leninsk rayonunda isə 4 bal gücündə zəlzələ olduğu bildirilir.
FHN-in məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.

Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |