Şrift:
Bakı və İrəvan arasında birbaşa danışıqlar istisna olunmur - Simonyan
16.01.2024 [10:15] - Siyasət
İrəvanla Bakı arasında birbaşa danışıqlar istisna olunmur, axı sülh prosesində vasitəçi olmağa çalışan istənilən ölkənin öz maraqları var.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Məsələni romantikləşdirmək lazım deyil. Fransızların bizi gözəl gözlərimizə, tariximizə görə sevdiyi - bunlar nağıllardır. Maraqlar üst-üstə düşür və ya düşmür", - o deyib.

Simonyan bildirib ki, Ermənistana və Azərbaycana təsir vasitələrinə malik olmaq istəyən bütün ölkələr "yaxşı" vasitəçilər olmağa çalışacaq, lakin İrəvan və Bakı böyük oyunlarda sövdələşmə obyekti olmamaq üçün öz məsələlərini özləri həll etməlidir.

"Müqavilələrin beynəlxalq ictimaiyyətə uyğunlaşması isə mühüm məqamdır", - deyə Simonyan əlavə edib.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed