11.02.2013 [00:45] - Xəbərlər, Gənclik
Bugün Qacar türk imperiyası ilə Çar Rusiyası arasında bağlanmış və Azərbaycan torpaqlarının parçalanması ilə nəticələnmiş Türkmənçay müqaviləsinin 185-ci ili tamam olur. Çar Rusiyasının Cənubi Qafqazdakı qoşunlarının komandanı, general Paskeviç və Qacar xanədanlığından Abbas Mirzə tərəfindən imzalanmış bu bədnam müqavilə Azərbaycan torpaqlarını Gülüstan müqaviləsindən sonra parçalayan ikinci böyük sənəddir. Sənədin birinci maddəsində 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan müqaviləsinin qüvvədən düşdüyü, ikinci maddəsində isə onu Türkmənçay müqaviləsinin əvəz etdiyi bildirilir.
Bugün həm Azərbaycan, həm də 1925-ci ildə Qacar türk sülaləsinin fars Pəhləvi sülaləsi ilə əvəz edilməsi nəticəsində İran adı qoyulan dövlət tərəfindən Türkmənçay müqaviləsinin qüvvədən düşməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qeyd edək ki, bu müqavilənin ləğv edilib-edilməməsi Quzey Azərbaycan üçün heç nəyi dəyişmir. Bir sözlə, müqavilənin ləğvi Azərbaycanın ərazi bütövlüyünü, dövlət olaraq varlığını şübhə altına ala bilməz. Quzey Azərbaycan artıq oturuşmuş dövlətdir, BMT, Avropa strukturları tərəfindən müstəqilliyi və ərazi bütövlüyü tanınıb. Baxmayaraq ki, Türkmənçay müqaviləsi ilə Azərbaycanın işğalı nəticəsində Quzey Azərbaycanda ərazimiz 114 min kv km idi. Hazırda həmin torpaqlarda həm də Ermənistan adlı dövlət də qurulub.
Türkmənçay müaviləsinin ləğvi ilə hazırda İran adlalan dövlətin taleyində ciddi dəyişikliklər olmalıdır. Unutmayaq ki, müqavilə bağlanan zaman İran deyil, həmin torpaqlarda Qacar türk sülaləsi hakimiyyətdə olub. Azərbaycan türklərinin yaşadığı torpaqlarda isə mərkəzləşmiş dövlət mövcud olmayıb. Xanlıqlar şəklində kiçik dövlətlərdən ibarət olan Azərbaycanın işğalı, onun bölüşdürülməsi ilə nəticələnmişdir. Türkmənçay müqaviləsi ləğv edilərsə, o halda bizim cənubdakı bütün torpaqlarımız bugünkü müstəqil Azərbaycana birləşdirilməlidir. Ən azından Güney Azərbaycanda müstəqil dövlətçilik qurulmalı və onların Quzey Azərbaycanla birləşməsi tarixin axarına buraxılmalıdır. Hər iki hal Azərbaycan türkünün mənafeyinə xidmət edir.
Yeni Nəfəs Gənclər Təşkilatı olaraq İran adlı dövlətdən Quzey Azərbaycana qarşı apardığı mənfur siyasətini dayandırmağa, Güney Azərbaycanda 40 milyona yaxın soydaşımızın ən azından mədəni hüquqlarının tanımasını tələb edirik.
Yeni Nəfəs Gənclər Təşkilatı
10.02.2013

Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |