Şrift:
İran həmişə Azərbaycan və Ermənistan arasında sülh dialoqlarını dəstəkləyib
18.01.2024 [13:26] - Siyasət
İran həmişə Azərbaycan və Ermənistan arasında sülh dialoqlarını dəstəkləyib və dəstəkləyir.

Bunu ötən gün İsveçrənin Davos şəhərində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşdə deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, İranın qənaətincə regional həll yolları vasitəsi ilə bölgədə stabilliyi əldə etmək mümkündür.

XİN rəhbəri qeyd edib ki, İran Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunmasına böyük əhəmiyyət verir.

Görüşdə ikitərəfli əməkdaşlıq və ticarət əlaqələrinin artırılması istiqamətində danışıqlar aparılıb.

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian 54-cü Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə 16 yanvarda İsveçrənin Davos şəhərinə səfər edib.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed