Şrift:
Erməni diasporunun uydurma “soyqırım”ın 100 illiyinə hazırlıq planı
11.02.2013 [01:16] - Xəbərlər, Hadisə
Ermənilərin iddia etdiyi qondarma “erməni soyqırımı”nın 100-cü ili yaxınlaşır. Ermənistan hökuməti və bütün dünyadakı erməni diasporu sözdə “soyqırımı” ilə bağlı böyük proqram hazırlayıblar. Ermənilərin hansı tədbirlərə hazırlaşmalarına dair diplomatik mənbədən əldə etdiyimiz gizli məlumatları oxuculara təqdim edirik.

Qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü yaxınlaşdıqca Ermənistan və erməni diasporu Türkiyəyə qarşı təxribat fəaliyyətini daha da genişləndirir. Aldanılan ermənilər "erməni genosidinin 100-cü ili” deyərək, yalanlarla dünyanı ayağa qaldırmağa çalışacaqlar. Hələlik dünya bu yalanın arxasından gedir. Məsələn, Fransanın ibtidai məktəblərində 4-cü sinif şagirdləri tarix dərslərində “erməni soyqırımı” haqqında oxuyurlar.

“Soyqırımı Muzey İnstitutu”nun rəhbəri Hayk Demoyanın amerikalı rejissor və ssenarist Steven Spilberqə film hazırlaması üçün təklif götürüb. Bundan başqa, qısa hekayələrdən ibarət 10 tammetrajlı sənədli və animasiya filmləri hazırlanacaq. Plana görə, bu vaxta qədər qondarma “soyqırımı” haqqında pulsuz danışan türk tarixçi Taner Akçamla daha yaxşı ünsiyyət qurulmalıdır.
Qeyd olunur ki, Anadoludan sürgün olunan və köçən ermənilər bu gün dünyanın hər yerində lobbiçilik edir, böyük diaspor yaradıblar. Həmin diasporun Türkiyənin tanınmış ədəbiyyatçıları Orxan Pamuk və Elif Şafakın beynəlxalq mükafat almasında xüsusi rol oynadığı vurğulanır.

“The California Courier” qəzetinin redaktoru Ara Sasunyan bildirib ki, Ermənistan və erməni diasporu arasında münasibətlər daha yaxşı olmalıdır.
“100 ölkənin erməni diasporları bir araya gələrək 350 nəfərdən ibarət Diaspor Parlamenti yaratmalıdır”, – deyə Sasunyan qeyd edib. Ara Sasunyanın bu açıqlamasından isə belə bir nəticə çıxartmaq olar: 3 milyonluq Ermənistan illərdir ki, 75 milyonluq Türkiyəyə və 10 milyonluq Azərbaycan xalqına qarşı həyasız düşmən mövqeyi sərgiləyir. Əlbəttə ki, bunun arxasında da ABŞ, Rusiya və Avropa Birliyi dayanır.

Ermənilər digər məsələlərin də üzərində işləyirlər: başladılan bütün kampaniya ilə bilinməyən hekayələri insanlara çatdırmaq; bunları 7 dildə – erməni, türk, rus, ingilis, alman, fransız və ispan dilinə tərcümə etmək; köhnə filmlər, konsertlər, yeni kitablar və çox sayda araşdırma nəşrləri, yeni və yüksək keyfiyyətli filmlər və bəzi sərgilər, ən azı bir neçə məşhur aktyorlarla film fotoqraflığına başlamaq, ən nüfuzlu və məşhur film festivalı təşkil etmək; hazırda mövcud olan “soyqırımı” muzeylərinin sayını 3 dəfə artırmaq; “erməni soyqırımı”nın 100-cü ildönümü üçün Dövlət Koordinasiya Komitəsi yaradılacaq; “erməni soyqırımı”nın 100-cü ildönümü üçün qəzetlər materiallar çap edəcək, jurnalistlər birliyi tədbirlər keçirəcək, bu məsələni müzakirə etmək 89 fərqli ölkədən agentliklər, erməni televiziyaları və radio stansiyalarının təmsilçiləri çağırılacaq; Livana gedən köçkünlər üçün 100-cü ildönümün xatirəsinə abidə hazırlanmalı; bütün səfirliklərdə aksiyalar təşkil edilməlidir; “soyqırımı” üçün qısa və tammetrajlı filmlə çəkilməli; filmlərdən birnin adı “Ana” və ya “Ararat” olmalı; tanınmış hindistanlı rejissor Şekar Kapur “erməni soyqırımı” haqqında bir film çəkməlidir; “erməni soyqırımı”nın 100-cü ildönümünün yeni loqosu hər yerdə istifadə olunmalıdır; beynəlxalq sərgilər açılmalı; İngiltərə, Fransa, ABŞ, Kanada və İtaliyanın dövlət arxivlərindən bəzi materiallar kitab şəklində nəşr edilməli; 1915-ci il hadisələrində yaşadıqları yerdən köçən ermənilərin Türkiyədən təzminat almaq üçün məhkəməyə şikayət etmələri planlaşdırılır.

2015-ci ili “hədəf ili” seçən erməni diasporu 100-cü ildə dünyanı əhatə edən fəaliyyət proqramı hazırlayıb. Bu proqram çərçivəsində qondarma “soyqırımı”nın tanınması üçün bütün informasiya vasitələrindən və diplomatik münasibətlərdən istifadə edəcəklər. Diasporun gündəmində “Bir də heç vaxt” adlı konsertlər planı var. Belə ki, bu konsertlərdə dünyanın bütün məşhur sənətçilərinin yer alması planlaşdırılır.

Kilikiya Evi Katalikosu “soyqırımı” üçün Türkiyədə yaşayan ermənilərlə bağlı kitabları çapa hazırlayır. Hər kitab Türkiyədə ermənilər yaşayan bir kəndlə bağlı olacaq. Buzand Yegiayan tərəfindən yazılan “Adana tarixi” adlı kitab artıq hazırdır. “Saimbeyli (Açin) tarixi” adlı kitab isə çapa hazırlanmaqdadır. Bu işə Abu-Dabidə yaşayan Maşeredyan ailəsi maddi olaraq dəstək verir.

Bunlardan əlavə, Kilikiya Evi Katalikosu 100-cü ildönümlə bağlı 3 layihəni həyata keçirir:

1. Livanda qondarma “soyqırımı”ndan sonra erməni xalqının yenidən doğuşunu təcəssüm etdirən bürünc abidənin yenidən qurulması və ərazinin genişləndirilməsi. Bu əraziyə qondarma “soyqırımı” xəritəsi və saat qülləsinin quraşdırılması.
2. Livanın “Birds Nest Orphanage” binası qondarma “soyqırımı” muzeyi olaraq istifadəyə veriləcək. Muzeydə “soyqırımı” qurbanlarının şəkilləri və əşyaları olacaq.
3. Livanda 1936-cı ildə tikilən Əzizlər Saat Qülləsinin yenidən təmir edilməsi, böyüdülməsi və 2015-ci ilə hazırlanması.

Sevinc İltifatqızı/Modern.az
Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed