11.02.2013 [10:09] - Gündəm, DAVAMın yazıları
Yanvarın 8-də Ordubad rayonunun Əylis kəndində aksiya keçirilib. Min nəfərədək Əylis sakinin qatıldığı aksiyada yazıçı Əkrəm Əylisilinin «Daş yuxular» əsərinə etiraz bildirilib. Əylisin mərkəzindəki meydanda toplaşanlar Əkrəm Əylislinin öz həmkəndlilərinə və azərbaycan xalqına xəyanət etdiyini emosonal şəkildə bildiriblər. Kəndin qadınları da aksiyada fəal iştirak edib. Həmkəndliləri Əkrəmin eqoist və yekaxana olduğunu, onlara həmişə yuxarıdan aşağı baxdığını deyiblər. Aksiya iştirakçısı olan Səbahət Mehdiyeva Əkrəmin evində heç zaman namaz qılınmadığını və müsəlman qadın olmadığını deyərək, onun başqa millətin nüməyəndəsi olduğunu bildirib. Kənd əhalisi Əkrəmə dövlət tərəfindən verilən «İstiqlal» və digər ordenlərin də geri alınması ilə bağlı çıxışlar ediblər. «Mən şəhid atasıyam. Oğlum Qarabağda həlak olub. Əkrəm isə onun qatillərinə haqq qazandırır. Xahiş edirəm, Əkrəmin bütün mükafatları və dövlət tərəfindən ona tikilən ev alınaraq, hərbiçilərə verilsin. Bu, daha ədalətli olar. Çünki Əkrəm xəyanət edib «,- bunları isə şəhid atası, Əylis kəndinin sakini Tahir Hüseynov deyib. Sonda isə qəzəbli əylislilər kənd meydanında Əkrəmin kitablarını yandırıb. Qeyd edək ki, aksiya iştirkçıları mətbuata maraqlı açıqlamalar veriblər. Onlar bildiriblər ki, Əkrəm Əylisli türk-azərbaycanlı uşağının dərisini diri-diri soyan erməni Zori Balayanı 1988-ci ildə «Ocaq» kitabı yazılandan sonra gizlincə Əylisə gətirərək, onunla kef məclisi qurub.
Zori Balayanın «Ocaq» kitabındakı sərsəmləmələri ilə Əkrəmin «Daş yuxuları» demək olar ki, eyni fikirləri ifadə edir. Belə ki, Balayan da Əylisi «Aulis» adlandırmış və gələcəkdə bu kəndi ermənilərin dini mərkəzi kimi görmək istəmişdi. Əkrəm hətta kəndlilərindən birinə «Mən ləyaqətli bir azərbaycanlı qız tapa bilmədiyim üçün, qeyri-millətin nümayəndəsi ilə evləndim»,- deyib. Bu isə həmkəndlilərinin onun erməni, ya da başqa bir millətin nümayəndəsi olduğu qənaətini daha da gücləndirib.
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |