24.01.2024 [10:43] - Türk dünyası-Turan
İsraillilərlə Fələstinlilər arasında sülhü təmin etmək və nəzarət etmək üçün qarant mexanizmi yaradılmalıdır.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli Fələstin sessiyasında bildirib.
Qəzzada humanitar dağıntıların ciddi həddə çatdığını vurğulayan nazir Fidan dərhal atəşkəs və bölgəyə humanitar yardımların tez bir zamanda çatdırılmasının vacib olduğunu vurğulayıb.
"Qəzzada və onun hüdudlarından kənarda davam edən müharibə nə sülh, nə də təslimlik gətirə bilər. Bizim bu müharibəni dayandırmaq üçün tarixi məsuliyyətimiz var", - deyə o qeyd edib.
Fidan bildirib ki, beynəlxalq ictimaiyyət hələ də Qəzzada və İordan çayının qərb sahilindəki qətliamı dayandırmaqda acizdir.
“İsraillilər və fələstinlilər arasında sülhü təmin edəcək və nəzarətdə saxlayacaq qarant mexanizminin yaradılmasına dair çağırışımızı bir daha təkrar etmək istərdim”, - deyə Hakan Fidan vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |