Şrift:
Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib
24.01.2024 [10:46] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb.

Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatlarının səs çoxluğu kifayət edib.

Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib.

Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.

Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə 2023-cü il noyabrın 16-da TBMM-nin Xarici Əlaqələr Komissiyasının gündəliyinə çıxarılıb.

Qoşulma Protokolu, 2023-cü ilin dekabrın 26-da Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed