24.01.2024 [10:48] - İdman
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya oyununun nəticəsini (matç 5:5 hesabı ilə başa çatmışdı) ləğv edib.
Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər veririk ki, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.
Buna səbəb qeyd olunan oyun zamanı Azərbaycan yığmasının UEFA İntizam Qaydasını pozmasıdır.
Daha əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, Azərbaycan yığması milliləşdirilmiş futzalçılarla bağlı qaydalarda pozuntuya yol verib. Bu səbəbdən Niderland Futzal Federasiyası UEFA-ya şikayət verib.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı A qrupunda bu sanksiya öncə 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Niderland millisinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adı çəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.
Əlavə edək ki, Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsini 4 xalla sonuncu yerdə başa vurmuşdu.

Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |