Şrift:
Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb
24.01.2024 [10:58] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda qapılara cəmi 8 qol vurulub.

Geridə qalan turda orta məhsuldarlıq 1,6-ya bərabər olub. Bu isə mövsümün antirekordudur.

Cari çempionatda bunadək ən aşağı göstərici 9 top olub. Komandalar II, IX, XIV və XVIII turlarda bu qədər qol vurublar.

Qeyd edək ki, XIX turda “Sabah” – “Neftçi”, “Səbail” – “Zirə” matçları qolsuz başa çatıb, “Kəpəz” “Turan Tovuz”a 2:1, “Sumqayıt” “Qəbələ”yə 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”a 3:1 hesabı ilə qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed