Şrift:
Sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur - Lavrov
25.01.2024 [10:01] - Gündəm, Siyasət
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur, bu, Moskva ilə Bakı arasında ikitərəfli münasibətlər məsələsidir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim həqiqətən orada [Qarabağda] sülhməramlılarımız var. Amma bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazilərinin bir hissəsində yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed