Şrift:
Biz NATO-ya gedən yolda həlledici mərhələyə çatmışıq - Kristersson
26.01.2024 [10:20] - Siyasət
İsveçin baş naziri Ulf Kristersson Türkiyənin Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulma protokolunu təsdiq etməsini alqışlayıb və bunu "NATO-ya tam üzvlük yolunda həlledici mərhələ" adlandırıb.

“Biz Türkiyənin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsini alqışlayırıq. Biz indi NATO-ya tam üzv olmaq yolunda həlledici mərhələyə çatmışıq”, - deyə o, özünün X səhifəsində yazıb.

Xarici işlər naziri Tobias Billström də Ankaranın qərarından məmnundur. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası Türkiyədə qərar qəbuletmə prosesinin başa çatması deməkdir”, - deyə o yazıb. Bundan sonra İsveçin NATO üzvü ola bilməsi üçün Macarıstanın ratifikasiyası qalır”.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed