Şrift:
Qırğızıstanda islamçı quldur dəstəsi zərərsizləşdirilib
11.02.2013 [12:17] - Gündəm, Hadisə, Türk dünyası-Turan
Qırğızıstanın Cəlilabad vilayətində silahlı quldur dəstəsi zərərsizləşdirilib. Dəstənin tərkibinə “Hizbut-Təhrir” radikal dini-ekstremist təşkilatının üzvləri daxil olub,bu barədə Qırğızıstan DİN-in mətbuat katibliyi məlumat yayıb.



Məlumata görə, dəstənin 20-yə yaxın üzvü olub. Hal-hazırda dəstənin 10 üzvü saxlanılıb, qalanların şəxsiyyəti müəyyən olunub. Dəstəyə ölkənin müxtəlif regionlarından olan sakinlər daxil olub, onların əksəriyyəti əvvəllər qətl, soyğunçuluq, oğurluq törətməkdə, dini düşmənçilik yaratmaqda təqsirli bilinərək məhkum edilib. Cinayətkarlar imkanlı şəxsləri müəyyən edərək, onların evlərinə hücum edib zorakılıq və soyğunçuluq törədiblər.



Əməliyyat-axtarış tədbirləri eyni vaxtda bir neçə rayon və şəhərlərdə keçirilib. Əməliyyat nəticəsində xeyli sayda silah-sursat və “Hizbut-Təhrir”ə aid vərəqələr aşkarlanıb.
Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed