29.01.2024 [09:57] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Böyük layihələri həyata keçirmək üçün yaxın qonşularla münasibətləri normallaşdırmaq cəhdidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə lideri görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
"İkitərəfli və regional əlaqələri müzakirə etdik. Terrorla mübarizədə birgə fəaliyyət göstərməyimizin vacibliyini vurğuladıq. PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinə toxunduq".
Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.
İran ətrafında belə gərgin vəziyyətin hökm sürdüyü bir zamanda Türkiyə ilə İran arasındakı bu yaxınlaşma nəyin əlaməti sayıla bilər?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında biıdirdi ki, hazırda bölgədə vəziyyət çox gərgindir: “Buna görə də bəzi sığorta tədbirlərini görmək vacibdir. Bir ara Azərbaycanı Rusiya ilə müqavilə bağlamağa görə ittiham edirdilər. Bu o zaman idi ki, Rusiya Ukrayna ilə müharibə aparırdı. Ən azından bununla Rusiya Azərbaycandan ehtiyat etmədi. Bir kataklizm olarsa, bunu əvvəldən sığortalamış oldu. Bu gün Türkiyə də başa düşür ki, İran üzərində qara buludlar fırlanır. Çünki İranın Yaxın Şərqdəki bir çox məsələlərdə İranın barmağı var. İsrailin, ABŞ-ın İranla bağlı planları var. Qafqazlarda Ermənistandan bir tramplin kimi istifadə etmək cəhdi var. Belə məqamda Türkiyə İranla münasibətlərin pozulmaması üçün preventiv tədbirlərə əl atır. İkinci səbəb Türkiyənin İsveçin NATO-ya üzv qəbul olmasını parlamentində ratifikasiya etməsilə bağlıdır. Bundan sonra ABŞ-la münasibətlərdə fərqli vəziyyət yaranıb. Bu məsələnin də bağlılığı ola bilər. Rusiya ilə Türkiyənin də vəziyyəti pis deyil. Ola bilər ki, Suriyadakı proseslərlə də əlaqəsi olsun. Çünki həmin ölkədə İranın da maraqları və qüvvələri var. Türkiyə bu məsələdə də İranı neytrallaşdırmaq istəyir. İmzalanan müddəaların içərisində terrorizmə qarşı birgə mübarizə də var. PKK və PJK-ya qarşı aparılan mübarizədə İranın mane olmaması razılaşdırıla bilər. Qafqazlarda da ciddi proseslər gedir. Bu səbəbdən Ermənistanı müttəfiqsizləşdirmək siyasəti də yürüdülür. Türkiyənin İslam aləmində də xüsusi rolu var. Yaxın Şərqdə baş verən proseslərdə fələstinlilərə sahib çıxması, vasitəçilik etməsi, İsraili qınaması da Türkiyənin nüfuzunu artırır. Pakistan -İran gərginliyində Türkiyə çağırış etmişdi ki, məsələ sülhlə həllini tapsın. Bir sözlə, taktiki gedişlə təzyiqlərin Türkiyədən uzaqlaşması təmin oluna bilər. Bütün bunlar pərdə arxasında olan mövzularla bağlı Türkiyənin preventiv tədbirlərə əl atması ilə əlaqələndirilə bilər. Bundan sonra Türkiyə “uzaq səyahətə” çıxa bilər. Hətta Qırmızı dənizə, Orta Asiyaya doğru siyasətini yürüdə bilər. Böyük layihələri həyata keçirmək üçün yaxın qonşularla münasibətləri normallaşdırmaq cəhdidir. Daha dəqiqini isə Türkiyənin əlaqədar qurumları daha yaxşı bilir”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |