Şrift:
“Sağlam gəncliklə xoşbəxt gələcəyə doğru"”
11.02.2013 [12:39] - İdman
17 fevral 2013-ci il Sumqayıt şəhəri Paralimpia idman kompleksində “SAĞLAM GƏNCLİKLƏ XOŞBƏXT GƏLƏCƏYƏ DOĞRU” devizi altında Respublika Sayokan milli döyüş sənəti üzrə respublika turniri keçiriləcək.

Turmirdə Bakının ( Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal) Sumqayıt, Şəki, Qazax, Neftçala, Tərtər, Mingəçevir, Bərdə, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, Yevlax komandaları iştirak edəcək. İştirakçılar Sayokan döyüş sənətinin Alaqan və Baturalp döyüş sistemlərində mübarizə aparacaq. Bütun komandalar istənilən say tərkibdə təmsil olunacaq. Turniri Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi tərəfindən yaradılmış Təşkilat Komitəsi həyata keçirəcək.
Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi nin Prezidenti: « Turnirin bu devizlə həyata keçirilməsində məqsəd Türk Xalqlarının Döyüş sənəti olan SaYoKanın respublika ərazisində inkişafına nail olmaqla yanaşı, eləcə də böyüməkdə olan gənc nəslin formalaşmasına, müsbət əxlaqi keyfiyyətləri və sağlam inkişafına nail olmaq, gənclərin vətənə məhəbbət ruhuyla cəsarətli və qorxmaz böyüməsini, siqaret, spirtli içki, narkamaniyaya qarşı və uşaqların cinayətindən uzaq qalması üçün maarifləndirməkdir»

Nicat Cəmilzadə
Bu xəbər oxucular tərəfindən 1083 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed