Şrift:
Mütəxəssislər Marsda göllərin izlərini aşkar edib
29.01.2024 [10:21] - Gündəm
NASA-nın Perseverance roveri Jezero kraterində nəhəng hovuzu dolduran suyun geridə qoyduğu qədim göl çöküntülərinə dair sübutlar tapıb.

Los-Ancelesdəki Kaliforniya Universiteti (UCLA) və Oslo Universitetinin alimləri bu qənaətə gəliblər və araşdırma Science Advances jurnalında dərc olunub.

Aparat RIMFAX radarından istifadə edərək torpağı tədqiq edib və bunun sayəsində alimlər 20 metr dərinlikdə səth sahəsinin iki ölçülü təsvirini əldə ediblər. Aşkar edilmiş qaya təbəqələri su ilə daşınan torpaq çöküntülərinin onu qidalandıran çay sayəsində Jezero kraterinə düşdüyünə dair şübhəsiz sübutlar verir.

Tədqiqat əvvəllər orbital təsvirlər və digər məlumatlar əsasında əldə edilən nəticələri təsdiqlədi. Bu, Marsın bəzi ərazilərinin bir zamanlar mikrob həyatı ilə və su ilə örtüldüyünü və indi cansız , quraq olan planetin bir vaxtlar isti, yaş və yaşayış üçün əlverişli olduğunu deməyə əsas verir.

Elm adamları diqqətlə araşdırma üçün rover tərəfindən toplanan nümunələri almağı gözləyirlər. Tədqiqatçılar hesab edirlər ki, yataqlar təxminən 3 milyard il əvvəl yaranıb.
Bu xəbər oxucular tərəfindən 146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed